Ərdoğanla Zelenskinin görüşü nələri DƏYİŞƏCƏK? - BU GÖRÜŞDƏN NƏLƏR GÖZLƏNİLİR

08.03.2024
-
21:00
|
|
Bu gün Türkiyədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü baş tutacaq. Bu görüşdən nələr gözlənilir?
Məsələ ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Referans.az-a açıqlama verib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Volodimir Zelenski arasında müzakirə olunacaq məsələlərə diqqət etsək, iki ölkə arasında görüşün əsas hədəfi bunlardır; həm əlaqələr iki tərəfli münasibətlərin inkişafı, həm humanitar məsələlər, həm də sülh formulu və sülhlə bağlı sammitin keçirilməsi məsələsidir.
Başqa sözlə desək, Türkiyə bu məsələdə Rusiya və Ukrayna arasında məsələlərin normallaşmasında vasitəçi olmağa çalışır. Bu vasitəçilik missiyasını üzərinə götürdüyünü bütün dünyaya bəyan edir. Bu görüşdə müzakirə ediləcək məsələlər həm də beynəlxalq ictimaiyyətə ismarıcdır. Nədir o?
Müharibənin gedişiylə bağlı vəziyyət təhlil olunmasıdır. Ukrayna müharibədə hansı vəziyyətdədir? Rusiya üstələyir yoxsa Ukrayna? Ukrayna torpaqlarının işğal olunması, genişlənməsi və sürətlənməsi səbəbi nədir? Rusiya bölgədə hansı silahlardan istifadə edir?
Başqa bir ismarıc taxıl müqaviləsinin icrasının dayanmasıdır. Ukrayna və Rusiya arasında hansı çərçivədə və hansı şərtlər daxilində sülh toplantısı keçirilə bilər. Qara dənizdə Rusiyanın hərbi gəmiləri var və bu Avropaya hərəkət edən yük gəmiləri üçün problem yaradır. Bu Qara dənizdən hərəkət edən gəmilərin təhlükəsizliyinin təmin olunması məsələsi beynəlxalq ictimaiyyətə ismarıc olaraq verilir.
Çünki Qırmızı dənizdə "Husi" qiyamçılarının etdiyi hücumlar Qara dənizdə də Rusiya tərəfindən törədilməsi ehtimalı var. Buna görə bu məsələ dünyanın gündəliyinə çıxarılır. Həmçinin Rusiya tərəfindən ukraynalı əsrlər və siyasi məhbusların azad edilməsi kimi humanitar məsələlər var.
Siyasi məhbuslar dedikdə kimlər nəzərdə tutulur? Rusiyada müharibənin əleyhinə olan Rusiya vətəndaşı siyasi məhbuslardır. Eləcə də, Rusiyada müharibə ilə bağlı həbs olunmuş xarici ölkə vətəndaşlarının azad edilməsi dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bu görüşdə müharibənin ən əsas dünya ictimaiyyətinin eləcə də, qonşu ölkələri hətta Azərbaycanı belə maraqlandıran əsas məsələ müharibənin dayanması ilə bağlı hansı yekun sənədlər qəbul oluna bilər, oluna bilməz məsələsidir.
Bu görüşdə elə bir sənədin qəbul olunması ehtimalı azdır. Çünki Ukrayna tərəfindən belə görüşün keçirilməsi üçün konkret çərçivə bəlli olmalıdır. Ukrayna Krımda daxil olmaqla ərazi bütövlüyündən imtina etmir. Rusiyada tutduğu əraziləri ilhaq edib və ondan imtina etmək fikrində deyil. Hər iki tərəfi bu fikirlərindən daşındırmaq üçün isə şərait və imkan yoxdur. Ona görə də bu mümkünsüzdür.
Sülhlə bağlı hər hansı yekun qərarın qəbul olunacağı ehtimalı azdır. Ola bilər humanitar məsələlər, siyasi məhbuslarla bağlı məsələlər, ərzaq və taxıl məsələləri Rusiya tərəfinə çatdırıla bilər. Ola bilsin ki, Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Vladimir Putin Türkiyəyə səfər etsin. Və səfərdə bu məsələlər müzakirə olunsun.
İkinci bir məsələ Ukraynanın Türkiyədən hərbi texnika, silah-sursat alması məsələsidir. Buda liderlərin görüşündə buna uyğun sahələrin rəhbərləri arasında keçirilməsi müzakirə olunsun. Amma müharibənin dayanması qərarının alınması mümkün deyil".
KÖNÜL RAUF